Füzulidə iranlı narkotacirdən 41 kq marixuana aşkarlanıb (VİDEO)

Baş səhifə

Bakı. Trend:

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə narkotiklərin
keçirilməsini təşkil edən daha bir İran vətəndaşı polisin
əməliyyatı nəticəsində saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat
verilib.

Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən Füzuli rayonu ərazisində keçirilmiş tədbir
nəticəsində İran vətəndaşı 32 yaşlı Ehsan Kakavend iş başında
saxlanılıb.

Ondan tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kq
marixuana və 2988 ədəd metadon həbi aşkarlanıb.




İlkin sorğu zamanı həmin şəxsin narkotikləri İranın Parsabad
şəhərindən ölkəmizə qaçaqmalçılıq yolu ilə keçirdiyi və Füzuli
rayonunda deyiləcək ünvanlara yerləşdirməyi planlaşdırdığı məlum
olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İranlı narkotacirlə ölkə daxili və xaricində əlbir olan dəstənin
digər üzvlərinin də müəyyən edilməsi istiqamətində əməliyyatlar
davam etdirilir.