
Urkayna ordusunun Rusiyanı Stavropol diyarının Budyonnovsk şəhərində yerləşən “Stavrolen” neft-kimya zavoduna endirdiyi zərbə nəticəsində obyektdə yanğın başlayıb.
APA xəbər verir ki, bu barədə “Unian” məlumat yayıb.
Məlumata görə, “Lukoil” şirkətinə məxsus olan zavod Rusiyada polietilen və polipropilen istehsal edən əsas zavodlardan biridir.
Stavropol qubernatoru Vladimir Vladimirov şəhərə zərbələrin endirildiyini təsdiqləyib. Onun sözlərinə görə, sənaye zonasında yanğın baş verib.


