
“Fənərbaxça” “Atalanta”nın futbolçusu Ademola Lookmanın xidmətində maraqlıdır.
Metbuat.az xəbər verir ki, Türkiyə nəhəngi futbolçu üçün təklif göndərib. “A Spor”da yayımlanan xəbərə görə, İtaliyada olan “Fənərbaxça” rəsmiləri nigeriyalı ulduzun agenti ilə birbaşa görüş keçiriblər. İddia olunur ki, “Fənərbaxça” futbolçu üçün ikirəqəmli maaş təklif edib. Xəbərdə deyilir ki, Lookman “Atalanta”da narazıdır və klubdan getmək istəyir. Qeyd edək ki, Ademola Lookman bu mövsüm 16 oyunda 3 qol dəfə fərqlənib və 1 məhsuldar ötürmə edib.
Futbolçunun “Atalanta” ilə müqaviləsi 2027-ci ildə yekunlaşır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


