
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Qazaxıstan lideri Kasım-Jomart
Tokayevə Ağ Evin simvolik açarını, həmçinin üzərində imzası olan
beysbol papağını hədiyyə edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə iki liderin noyabr ayında
keçirdiyi görüşün yekunlarını şərh edən prezidentin mətbuat katibi
Ruslan Jeldibay öz “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Amerika lideri hədiyyələri Qazaxıstan
Respublikasının ABŞ-dəki səfiri ilə görüş zamanı təqdim edib.
Bundan əlavə, Tramp Tokayevə səmimi arzularını çatdırıb və onu
“əla insan, beynəlxalq prosesləri dərin və ölçülüb-biçilmiş şəkildə
anlayan təcrübəli dövlət xadimi” kimi xarakterizə edib.


