Xəzərdə güclü zəlzələ – Seysmoloji Mərkəz məlumat yaydı

Baş səhifə

Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata əsasən, yerli vaxtla saat 08:32-də qeydə alınan zəlzələnin maqnitudası 4.8 olub.

Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.