Ankarada Musiqi və Gözəl Sənətlər Universiteti ərazisindəki küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Dahi Azərbaycan bəstəkarı, Türk dünyası musiqisinin zirvəsi
Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi Azərbaycanla
yanaşı, bütün dünyada geniş qeyd olunmaqdadır.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Üzeyir Hacıbəylinin 140
illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan
Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.




Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və
Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında
Universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı
verilib.

Bu gün,23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti
ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə
Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına
dair hazırladığı konsert proqramı təqdim olunacaq.