
Bakı. Trend:
Misir futbol millisi Afrika Millətlər Kubokunun qrup
mərhələsinin ilk turunda Zimbabve komandasını 2:1 hesabı ilə məğlub
edib.
Trend-in
məlumatına görə, turnir Mərakeşdə keçirilir.
Misir komandasından Ömər Marmuş (64-cü dəqiqə) və Məhəmməd Salah
(90+1), Zimbabve komandasından isə Prins Dube (20) qol
vurublar.
Növbəti turda Misir Cənubi Afrika ilə, Zimbabve isə Anqola ilə
qarşılaşacaq. Hər iki oyun dekabrın 26-da keçiriləcək.


