Bakı. Trend:
“Liverpul” futbol klubunun isveçli hücumçusu Aleksandr İsak
əməliyyat olunub və qeyri-müəyyən müddətə sıradan çıxıb.
Trend-in məlumatına görə, bu barədə “Liverpul” klubunun mətbuat
xidməti məlumat yayıb.
Məlumata əsasən, futbolçu İngiltərə Premyer Liqasının 17-ci
turunda “Tottenhem”ə qarşı matçda zədə alıb.
Bildirilib ki, ona fibula sümüyünün sınığı diaqnozu qoyulub.
Jurnalist Pol Coysun sözlərinə görə, isveçlinin bu mövsüm geri
dönmək şansı hələ də var.

