Panama Venesueladan müsadirə edilmiş tankerlərdə öz bayrağının istifadəsini araşdırır

Baş səhifə

Bakı. Trend:

Panama hakimiyyəti Venesuela sahillərində ABŞ tərəfindən
saxlanılan neft tankerlərində Panama bayrağının istifadəsini
araşdırır.

Trend-in
məlumatına görə, bu barədə Panamanın xarici işlər naziri Xavyer
Martines-Aça deyib.




“Şübhə altında olan gəmilər mövqe təyinetmə sistemlərini
söndürüblər ki, bu da narahatlıq əlamətidir. Ad dəyişiklikləri və
ekipaj məlumatlarında uyğunsuzluqlar da qeydə alınıb. Bütün bunlar
panama bayrağının lazımi məsuliyyət olmadan istifadə edildiyini
düşünməyə bizi vadar edir”, – deyə nazir bildirib.

O, müəyyən edilmiş pozuntuların dövlət bayrağının mümkün
sui-istifadəsini göstərdiyini vurğulayaraq, Panama hakimiyyətinin
beynəlxalq standartlara və mövcud qanunvericiliyə uyğun hərəkət
etdiyini əlavə edib.