
Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər
mövsümünün ilk hissəsinə yekun vurulub.
Trend-in
məlumatına görə, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı
komanda ilə “Sabah” arasında keçirilib. Qarşılaşma qonaqların 3:1
hesablı qələbəsi ilə yekunlaşıb.
Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural
Qurbanov idarə edib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”ə,
“Araz-Naxçıvan” “Şamaxı”ya, “Neftçi” “Karvan-Yevlax”a, “Qarabağ” “Qəbələ”yə qalib gəlib, “Zirə” – “İmişli” matçında isə qolsuz
heç-heçə qeydə alınıb.


