Ağcabədi. Trend:
Ağcabədidə iki avtomobilin toqquşması nəticəsində 2 nəfər
xəsarət alıb.
Trend-in yerli
bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi rayonun Hindarx
qəsəbəsi ərazisində qeydə alınıb. Hərəkətdə olan “KİA” markalı
avtomobil “VAZ”2106 markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ”da olan 1951-ci il təvəllüdlü Əhmədov Əli
Bayramqulu oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi
Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
“KİA” markalı avtomobildə olan Həsənova Aynur Mahir qızının
xəsarətləri yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb. “KİA” markalı avtomobil 44 günlük Vətən müharibəsi şəhidi Məqsəd
Həsənovun ailəsinə məxsusdur və xəsarət alan A.Həsənova şəhidin
bacısıdır.
Faktla bağlı araşdırma aparılır.

