Qanda şəkər miqdarını nizamlamağın sadə yolu məlum olub

Baş səhifə

Bakı. Trend:

Gün işığı 2-ci tip diabeti olan insanlarda şəkərin nəzarətdə
saxlanmasını əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə nəticəyə “Cell Metabolism (CM)”
jurnalında dərc olunmuş tədqiqatın müəllifi olan alimlər
gəliblər.

Eksperiment göstərib ki, gün ərzində bir neçə saat gün işığında
qalmaq qlükoza səviyyəsini daha uzun müddət norma həddində
saxlamağa kömək edir.




Tədqiqatda 2-ci tip diabeti olan 13 nəfər iştirak edib. Onlar
növbə ilə ofisdə ya pəncərədən gələn təbii işıq şəraitində, ya da
yalnız süni işıq altında çalışıblar. Qidalanma, fiziki fəallıq və
dərman qəbulu eyni olduğu halda, gündüz işığında olan iştirakçılar
şəkərin kəskin sıçrayışları olmadan daha çox vaxt keçiriblər.

Aparılan təhlil göstərib ki, günəş işığı sirkad ritmlərə —
orqanizmin daxili bioloji saatına təsir edir. Təbii işıq şəraitində
əzələlər günün vaxtı ilə daha yaxşı “sinxronlaşır”, yağları daha
aktiv şəkildə yandırır və qlükozanı daha səmərəli emal edir.