Zelenski: Aİ-nin Rusiya əlehinə 20-ci sanksiya paketi üzərində işləyirik

Baş səhifə

Avropa strukturları ilə Avropa İttifaqının 20-ci sanksiya paketinin detalları üzərində işləyirik və əsas vəzifə Avropa sanksiyalarının Putinin enerji aktivlərinə və onunla əlaqəli oliqarxlara təzyiqi genişləndirməsidir.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalına məlumat yayıb.

Cari ilin sonunadək Rusiyaya məxsus subyektlərə və ona yardım edənlərə qarşı sanksiya paketinin hazırlandığını qeyd edən Zelenski bu sanksiyaları təkcə Rusiyadan olanları deyil, həmçinin Cindən olan subyektləri əhatə edəcəyini bildirib.

“Kanadanın yeni sanksiya paketi də hazırlanır – bu işə görə təşəkkür edirik. Ukrayna sanksiyaların sinxronlaşdırılması proseslərini də davam etdirəcək”, – o qeyd edib.