İsveçdə 12 yaşlı muzdlu qatil həbs olunub

Baş səhifə

Bakı. Trend:

İsveçdə polis 12 yaşlı muzdlu qatil həbs edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həbs olunan yeniyetmə planlaşdırılan sifarişli
qətlə müqabilində 27 min dollar alsa da, atəş açaraq dostları ilə
birlikdə olan başqa bir gənci güllələmişdi.

Cinayətin məqsədi və sifarişi verən şəxsin kimliyi hələlik
naməlum qalır.




Polis həbs edilən yeniyetmənin bundan əvvəl də oxşar sifarişli
silahlı hücumlar həyata keçirib-keçirmədiyini araşdırır.

“Biz cinayətkarların yaşının azalması tendensiyasını müşahidə
edirik”,-deyə Malmö polisinin istintaq zabiti Rasem Çebil
bildirib.

O əlavə edib ki, bir çox azyaşlılar sosial şəbəkələr vasitəsilə
daha təcrübəli cinayətkarlar tərəfindən cəlb olunur və ağır
cinayətlər üçün istifadə edilirlər. İsveçdə 15 yaşdan kiçik uşaqlar
adətən həbs oluna bilməzlər, lakin indiki halda prokurorluq
cinayətin ağırlığını nəzərə alaraq cinayət işi açmağa qərar
verib.