“Bakı Metropoliteni” bağlanmış banklardakı pulunu hələ ala bilməyib

Baş səhifə

“Bakı Metropoliteni” 2016-ci ildə lisenziyaları ləğv edilmiş 2 bankda saxlanılan 3.7 milyon manat vəsaiti hələ ala bilməyib.

Bu barədə “APA-Economics” “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Qeyd edilib ki, şirkətin cari bank hesablarına 2016-cı ildə müflisləşmiş 2 bankda saxlanılan 3 milyon 709 min manat məbləğində pul vəsaiti qalıqları daxildir. Vəsaitlərin bərpası ilə bağlı rəsmi tələblərin irəli sürülməsinə baxmayaraq, maliyyə hesabatlarının buraxılması tarixinə həmin qalıqlar bərpa olunmadığından, onlarla bağlı gözlənilən kredit zərərləri tanınıb.

Xatırladaq ki, “Bakı Metropoliteni” lisenziyaları ləğv edilmiş “Texnikabank” ASC (1 milyon 563 min manat) və “Bank Standart”da ( 2 milyon 166 min manat) ümumilikdə 3.7 milyon manat vəsaiti qalıb.