
Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Milli Müdafiə Naziri Yaşar Güler və MİT Başçısı İbrahim Kalın ilə birlikdə Suriyanın paytaxtı Şama səfər ediblər.
“Report” xəbər verir ki, onlar Suriya Prezidenti Əhməd əş- Şaraa və suriyalı rəsmilərlə görüşəcəklər.
Səfər çərçivəsində siyasi, iqtisadi və təhlükəsizlik aspektləri ilə Türkiyə-Suriya əlaqələrinin son birillik gedişatının ətraflı şəkildə qiymətləndirilməsi və Türkiyənin milli təhlükəsizlik prioritetlərini yaxından maraqlandıran 10 mart Sazişinin tətbiqi prosesinin gedişatının müzakirə edilməsi nəzərdə tutulur.
Səfərdə, həmçinin Suriyanın cənubunda yaranan təhlükəsizlik risklərinin müzakirəsi gözlənilir.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


