
Bakı. Trend:
İsrailin XİN rəhbəri Gideon Saar Qərb ölkələrində, o cümlədən
Böyük Britaniya, Fransa və Avstraliyada yaşayan yəhudi icmalarına
səslənərək, təhlükəsizliklə bağlı və antisemit zəminli hücum
risklərinin artması ilə əlaqədar İsrailə köçməyə çağırıb
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Saar yəhudilərin “bütün dünyada ovlandığını” (təqib edildiyini –
red) bildirərək, Avropada Qəzza münaqişəsi ilə əlaqədar antisemit
zəminli hücumların artdığına diqqət çəkib.
“Yəhudilərin hər yerdə təhlükəsizlik şəraitində yaşamaq hüququ
var. Lakin biz baş verənləri görür və tam şəkildə anlayırıq,
həmçinin müəyyən tarixi təcrübəmiz mövcuddur. Bu gün yəhudilər
bütün dünyada təqib olunur”,- deyə nazir bildirib.
Qeyd edək ki, xarici işlər naziri belə bir bəyanatı
Avstraliyada, Sidney şəhər çimərliyində Hannukka mərasimi zamanı
törədilən terror hücumu fonunda verib. Həmin silahlı hücumda 15
nəfər həlak olmuş , onlarla insan yaralanmışdı.


