İran XİN bütün sanksiyaların ləğvi ilə bağlı iddialara cavab verib

Baş səhifə

12 günlük müharibə dövründə ABŞ-ın İrana qarşı bütün sanksiyaları ləğv etmək barədə təklifi yalandır.

APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi brifinqdə deyib.

O, bu cür iddiaların tamamilə yalan olduğunu və heç bir əsasının olmadığını bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ-da bəzi media orqanlarında İran və İsrail arasında müharibə dövründə rəsmi Vaşinqtonun İrana müəyyən şərtlər müqabilində bütün sanksiyaların ləğvini təklif etdiyi ilə bağlı xəbərlər yayılmışdı.