
Qərbi Azərbaycana Qayıdış ideyasının universitetlərdə təbliği olduqca önəmlidir.
“Report” xəbər verir ki, bunu Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Bakı Dövlət Universitetində baş tutan “Böyük yolun davamı” adlı konfransda jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbi Azərbaycana Qayıdış ideyasının universitetlərdə təbliği olduqca önəmlidir:
“Bu gün baş tutan konfransın əsas məqsədi də gənc nəsilə Qərbi Azərbaycan həqiqətlərini çatdırmaqdır. Azərbaycan universitetlərində Qərbi Azərbaycana Qayıdış ideyasının təbliği bizi addım-addım doğma yurda yaxınlaşdırır. Konfransda Qərbi Azərbaycana aid sərgi də nümayiş olunur. Gənclər bu stendlərə yaxınlaşaraq Qərbi Azərbaycanla bağlı bir çox nümunələrlə tanış ola bilərlər”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


