36 yaşlı Mingəçevir sakini bıçaqlanıb

Baş səhifə

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, 43 yaşlı Ramin Əhmədov aralarında yaranmış mübahisə zəminində 36 yaşlı şəhər sakini Ənvərpaşa Qasımovun qarın nahiyəsinə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.