“Liverpul”un hücumçusu bir neçə ay oynamaya bilər

Baş səhifə

Bakı. Trend:

“Liverpul”un hücumçusu Aleksander İsakda sınıq şübhəsi var.

Trend xəbər verir ki, isveçli
futbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda “Tottenhem”ə
qarşı oyunda (2:1) qol vurarkən ayağından zədə alıb. Klubda çarpaz
bağların zədələnməsi ehtimalının istisna edildiyi bildirilib.




“The Athletic”in məlumatına görə, İsak ayağını sındıra bilər. Bu
halda yayda 125 milyon funt-sterlinqə transfer olunan “Liverpul”un
hücumçusu bir neçə ay meydana çıxa bilməz.