
Bakı. Trend:
ABŞ-ın Florida ştatının Palm Biç şəhərində Prezident Donald
Trampın iqamətgahı üzərində uçuşa qadağan edilmiş hava məkanına bir
təyyarənin daxil olması səbəbilə ABŞ Hərbi Hava Qüvvələrinin qırıcı
təyyarəsi havaya qaldırılıb.
Trend xəbər verir ki, bu
barədə Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı “X” sosial
şəbəkəsində açıqlama yayıb.
Açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında
komandanlığın “F-16” tipli qırıcı təyyarəsi Florida ştatının Palm
Biç şəhəri üzərində uçuş üçün məhdudlaşdırılmış hava məkanına daxil
olan hava vasitəsini müəyyən edərək ələ keçirib və vəziyyət
təhlükəsiz şəkildə nəzarət altına alınıb.


