Tərtərdə kanalda batan şəxsin KİMLİYİ BİLİNDİ

Baş səhifə

Tərtərdə suvarma kanalında batan şəxsin kimliyi məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, Tərtər şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalında batması ehtimal edilir.

Bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verilib. Hazırda FHN-nin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

***

11:24

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tərtər şəhərində suvarma kanalında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-dən xəbər verilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.