Bakı. Trend:
Tərtər şəhərində suvarma kanalında bir nəfər batıb.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və
Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə
yerinə cəlb olunub və axtarış-xilasetmə əməliyyatları aparılır.

