“Beşiktaş” evdə qələbə qazandı

Baş səhifə

Futbol üzrə Türkiyə Superliqasında XVII turun daha bir oyunu keçirilib.

Metbuat.az xəbər verir ki, “Beşiktaş” doğma meydanında “Rizəspor”u qəbul edib.

Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.

Komandanın yeganə qoluna 64-cü dəqiqədə Milot Raşika imza atıb.

Bu nəticədən sonra “Beşiktaş” turnir cədvəlində 29 xalla 5-ci, “Rizespor” 18 xalla 11-ci pillədə qərarlaşıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.