
Bakı. Trend:
Amerikalı milyarder İlon Mask sərvəti 700 milyard dolları keçən
ilk insan oldu.
Trend-in
məlumatına görə, bu barədə “Forbes” jurnalı xəbər verib.
Nəşr milyarderin sərvətinin artmasını Delaver Ali Məhkəməsinin
cümə günü sahibkarın rəhbərlik etdiyi “Tesla” şirkəti üçün səhm
opsionları şəklində kompensasiya hüququnu bərpa etmək qərarı ilə
əlaqələndirib. Nəticədə sahibkarın sərvəti 139 milyard dollar
artaraq 749 milyard dollara çatıb.
“Forbes”un milyarderlər siyahısına İ.Mask başçılıq edir, onun
ardınca “Google”ın həmtəsisçisi Larri Peyc (252,7 milyard dollar), “Oracle”ın sədri Larri Ellison (242,8 milyard dollar) və “Amazon”un
təsisçisi Jeff Bezos (239,4 milyard dollar) gəlirlər.


