Bakı. Trend:
ABŞ Vaşinqtonun sanksiyaları altında olan bir gəmini ələ
keçirmək və saxlamaq üçün Venesuela sahillərində beynəlxalq sularda
əməliyyat keçirir.
Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi adı
açıqlanmayan üç Amerika rəsmisinə istinadən xəbər verib.
Agentliyin mənbələri əməliyyatın harada keçirildiyini
dəqiqləşdirməsə də, ABŞ Sahil Mühafizəsinin ona rəhbərlik etdiyini
əlavə edib.

