“Zirə” Premyer Liqanın XVI turunda “İmişli” ilə bərabərə qalıb

Baş səhifə
Zirə Premyer Liqanın XVI turunda İmişli ilə bərabərə qalıb

Misli Premyer Liqasının XVI turunda “Zirə” “İmişli” ilə qarşılaşıb.

“Report”un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

28 xalı olan “Zirə” turnir cədvəlində 3-cüdür. “İmişli” isə 17 xalla 9-cu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” isə “Karvan-Yevlax”ı (2:1) məğlub edib. XVI tura dekabrın 22-də yekun vurulacaq