Hələlik sülh sazişi yoxdur və bəlkə də olmayacaq – Zelenski

Baş səhifə

Bakı. Trend:

Hələlik Rusiya ilə sülh sazişi yoxdur və gələcəkdə onun
imzalanacağına zəmanət verilə bilməz.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti
Volodimir Zelenski Kiyevdə Portuqaliyanın Baş naziri Luis
Monteneqro ilə birgə mətbuat konfransında deyib.




Zelenski vurğulayıb ki, sülh sazişi yalnız kağız üzərində mövcud
olan sənəd deyil. Onu real saziş adlandırılması üçün həm müharibə
dayandırılmalıdır, həm də liderlər tərəfindən imzalanmalıdır.

Dövlət başçısı qeyd edib ki, hazırda əsas diqqət Ukrayna
ordusunun təhlükəsizliyinin təmin edilməsinə və döyüşlərdə
irəliləyişə yönəlib.