
Bakı. Trend:
İran tranzit və yükdaşıma sahəsində, eləcə də limanlarla
yükdaşıma sahəsində qonşu ölkələrlə çoxtərəfli əməkdaşlığı inkişaf
etdirməyə çalışır.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
Tehranda keçirilən İranda “Nəqliyyat Həftəsi”nə həsr olunan
tədbirdə deyib.
Onun sözlərinə görə, İran öz geosiyasi mövqeyindən maksimum
şəkildə faydalanmağa çalışır. Bu məqsədlə qonşu ölkələrlə baş tutan
bütün görüşlərdə tranzit və yükdaşıma prioritet məsələ olaraq
araşdırılır.
Əraqçi bildirib ki, tranzit və yükdaşıma sahəsində etibarlı
marşrutlar olmadan heç bir ticarət əməkdaşlığı, regional əməkdaşlıq
və davamlı bazar iqtisadiyyatı formalaşa bilməz.
“İranın xarici siyasətində tranzit və yükdaşıma kənar məsələ
deyil. Bu, iqtisadi diplomatiyanın əsas vasitələrindən biri hesab
olunur”, – deyə o qeyd edib.


