
Avropa İttifaqının (Aİ) Ukraynaya vəd etdiyi 90 milyard avroluq kredit Yunanıstana növbəti iki il ərzində 1,2–2 milyard avro əlavə yük yaradacaq.
APA xəbər verir ki, bu barədə pronews.gr xəbər portalı məlumat yayıb.
Portalın qiymətləndirməsinə görə, Rusiyanın Ukraynaya təzminat ödəmək niyyətində olmaması səbəbindən, kredit üzrə zamin kimi çıxış etməyə razılaşan 24 Aİ ölkəsi sonda bu vəsaiti özləri geri qaytarmaq məcburiyyətində qala bilərlər. Qeyd olunur ki, Yunanıstan üçün bu məbləğ təxminən 2 milyard avro və ya 9,5 milyon əhali nəzərə alınmaqla, adambaşına 211 avro təşkil edə bilər.


