İran nüvə obyektlərinin vəziyyəti barədə BAEA-ya məlumat təqdim etməyib – Qrossi

Baş səhifə

Bakı. Trend:

İran iyun ayında baş verən hücumlardan sonra zənginləşdirilmiş
uran ehtiyatları və nüvə obyektlərinə dəyən ziyanın miqyası barədə
Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) məlumat verməyib.

Trend xəbər verir ki, bu
barədə BAEA-nın baş direktoru Rafael Qrossi RİA Novosti agentliyinə
açıqlamasında deyib.




“Xeyr, agentlik İrandan heç bir hesabat almayıb”, – deyə Qrossi
bildirib.