Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan ilə Azərbaycan arasında xarici ticarət həcmi bu ilin
yanvar-oktyabr aylarında 385,2 milyon dollar və ya hesabat dövründə
Qazaxıstanın ümumi ticarət dövriyyəsinin 0,3 faizini təşkil
edib.

Trend
Qazaxıstan Milli Statistika Bürosuna istinadla xəbər verir ki,
Azərbaycana ixrac həcmi 325,9 milyon dollara çatıb ki, bu da ümumi
ixracın 0,5 faizini təşkil edir.




Azərbaycandan malların idxalı həcmi 59,2 milyon dollar və ya
ümumi ixracın 0,1 faizini təşkil edib.