
Yaponiya Baş naziri Sanae Takaici ABŞ Prezidenti Donald Trampın Çinə planlaşdırılan səfərindən əvvəl ABŞ-a rəsmi səfər etməyə ümid edir.
APA xəbər verir ki, bu barədə Sankei qəzeti məlumat yayıb.
Məqsəd Yaponiya–ABŞ müttəfiqliyinin möhkəmliyini, Tokio ilə Pekin arasında münasibətlərin kəskinləşdiyi bir dövrdə xüsusi olaraq vurğulamaqdır.
Məlumata görə, səfər üçün mümkün tarixlərdən biri 2026-cı ilin əvvəli və ya Yaponiyada 2026-cı maliyyə ili üzrə dövlət büdcəsi layihəsi parlamentdə qəbul edildikdən sonra mart ayıdır.
Sanae Takaici səfər çərçivəsində Donald Trampla Yaponiya–Çin münasibətlərindəki gərginliklə bağlı fikir mübadiləsi aparmağı, həmçinin Yaponiyanın milli təhlükəsizlik strategiyasının yenilənməsi planını müzakirə etməyi planlaşdırır.


