
Bakı. Trend:
ABŞ qısa müddət ərzində ölkədə yaşamaq hüququ verən “Qızıl
kart”ın satışından 1,3 milyard dollar gəlir əldə edib.
Trend xəbər verir ki, bu
barədə ABŞ-ın ticarət naziri Hovard Latnik məlumat verib.
Onun sözlərinə görə, satışlar cəmi bir neçə gün ərzində bu
həcmdə gəlir formalaşdırıb. Latnik bildirib ki, hazırda “Qızıl
kart” vasitəsilə leqallaşmaq istəyənlər ABŞ Daxili Təhlükəsizlik
Nazirliyinə müraciətin baxılması üçün 15 min dollar rüsum
ödəməlidirlər. Müraciət müsbət cavablandırıldıqdan sonra namizəddən
ABŞ hökumətinə əlavə olaraq 1 milyon dollar ödəniş tələb olunur.
Rəsmilər müraciətlərə sürətlə baxılacağını və “Green Card”ın
veriləcəyini vəd edirlər.


