Rubio: ABŞ-ın Ukrayna danışıqlarından çıxıb-çıxmayacağına yalnız Tramp qərar verə bilər

Baş səhifə

Vaşinqtonun Ukrayna böhranının həlli ilə bağlı danışıqlarda iştirakını davam etdirib-etdirməyəcəyinə yalnız ABŞ Prezidenti Donald Tramp qərar verə bilər.

APA xəbər verir ki, bu fikri ABŞ-ın Dövlət katibi Marko Rubio Dövlət Departamentində jurnalistlərlə görüşündə səsləndirib.

“Hər iki tərəf güzəştə getməlidir. Əks halda, razılıq əldə edilə bilməyəcək”, – deyə Dövlət katibi bildirib.

ABŞ-ın Ukrayna danışıqlarında vasitəçi rolundan imtina etməyə hazır olub-olmadığı barədə suala cavab verən Rubio qeyd edib ki, bu, onun səlahiyyətinə aid deyil.

“Nəticə etibarilə, bu qərarı Prezident verəcək. Əgər o, iştirakımızın artıq səmərəsiz olduğunu və ya milli maraqlarımıza xidmət etmədiyini müəyyən edərsə, bu, Prezidentin qərarı olacaq”, – deyə o vurğulayıb.