
Bakı. Trend:
Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditin
maliyyələşdirilməsi iştirakçı ölkələr üçün ildə təxminən 3 milyard
avro xərc deməkdir.
Trend xəbər verir ki, bu
barədə DPA xəbər agentliyi Avropa diplomatlarına istinadla məlumat
yayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu,
Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərc yarada
bilər.
DPA qeyd edir ki, milli töhfələr hər bir ölkənin iqtisadi gücünə
əsasən hesablanır. Eyni zamanda, Macarıstan, Slovakiya və Çexiyanın
Kiyevə yardım paketinin maliyyələşdirilməsindən azad olunması
barədə razılıq əldə edilib.
Bundan əvvəl Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə
“təzminat krediti” adı altında dondurulmuş Rusiya aktivlərinin
müsadirə edilməsi məsələsində razılığa gələ bilməmişdilər. Bunun
əvəzinə, Aİ ölkələrinin kollektiv kreditləri hesabına Ukraynaya 90
milyard avro məbləğində faizsiz kreditin verilməsi qərara
alınmışdı.


