
Ukraynanın Təhlükəsizlik Şurasının katibi Rustem Umerov avropalı tərəfdaşların cümə günü Mayamidə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcəyini təsdiqləyib.
APA xəbər verir ki, O, bu barədə Telegram kanalında yazıb.
Umerovun sözlərinə görə, Avropa və Ukrayna nümayəndələri ABŞ nümayəndə heyəti ilə görüşdən əvvəl artıq ilkin məsləhətləşmələr aparıblar.
“Bu gün ABŞ-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatovla birlikdə Amerika tərəfi ilə növbəti məsləhətləşmələr mərhələsinə başlayırıq. Amerika tərəfinin dəvəti ilə bu formata Avropalı tərəfdaşlar da cəlb olunub”, – deyə Umerov bildirib.


