
Bakı. Trend:
19 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası və
Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq
Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun onlayn
formatda tam tərkibdə ilk iclası keçirilib.
Trend xəbər
verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildiirlib ki, Strateji İşçi Qrupa Azərbaycan tərəfdən xarici
işlər nazirinin müavini Elnur Məmmədov, ABŞ tərəfdən Dövlət
katibinin köməkçisinin müavini Sonata Koulter rəhbərlik edib.
İclas zamanı, 8 avqust Vaşinqton Sülh Sammiti çərçivəsində iki
dövlət arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının
hazırlanması üzrə Anlaşma Memorandumu çərçivəsində prioritet elan
edilmiş enerji, ticarət və tranzit daxil olmaqla regional
bağlantılar, süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla
iqtisadi sərmayə, eləcə də müdafiə, təhlükəsizlik və terrorla
mübarizə kimi sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və
inkişaf perspektivləri müzakirə edilib. 8 avqustdan sonra qeyd
edilən sahələr üzrə ayrı-ayrılıqda aparılmış ikitərəfli təmaslar və
müzakirələr yüksək qiymətləndirilib.
Bu və digər mühüm sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq
istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının
mətni üzrə fikir mübadiləsi aparılıb və sənədin qısa müddət ərzində
razılaşdırılmasının əhəmiyyəti vurğulanıb.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.


