
Bakı.Trend:
Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsində həftənin Bazar və bayram günləri xaric vətəndaş
müraciətləri qəbul olunub, dinlənilir. Qaynar xəttin fəaliyyəti isə
həftənin bütün günləri və bayram günləri də aktiv olur.
Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyində hərbi vətənpərvərlik
mövzusunda xəbər hazırlayan əməkdaşlarla qarşılıqlı əlaqələrin daha
da inkişaf etdirilməsi mövzusunda keçirilən tədbirdə Müdafiə
Nazirliyinin Media və İctimaiyyətlə Əlaqələr İdarəsinin zabiti
Vaqif Qədirov məlumat verib.
O bildirib ki, 2025-ci il ərzində Müdafiə Nazirliyinin Mətbuat
və İctimaiyyətlə Əlaqələr İdarəsinin Vətəndaşların müraciətləri ilə
iş bölməsinə 72 703 nəfər vətəndaşın müraciəti daxil olub.
“Bunlardan 2701 nəfəri Mətbuat və İctimaiyyətlə Əlaqələr
İdarəsində fərdi şəkildə qəbul edilib. 35 124 nəfəri “Qaynar xətt”
vasitəsilə, 33 683 nəfəri – Müdafiə Nazirliyinin rəsmi
([email protected]) elektron ünvanına, 1195 nəfəri isə yazılı
şəkildə idarəyə müraciət edib”,- deyə o bildirib.


