ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!

Baş səhifə

Bakı. Trend:

ABB bank əməliyyatlarının təhlükəsizliyini PCI DSS 4.0.1
(Payment Card Industry Data Security Standard) sertifikatı ilə
növbəti dəfə təsdiqlədi! Bu, ABB-nin rəqəmsal sistemlərinin,
infrastrukturunun və proseslərinin ən son təhlükəsizlik
standartlarına uyğunluğunu yenidən təsdiqləmiş olur.

PCI DSS 4.0.1 beynəlxalq sertifikasiyası Bankda müştərilərin
ödəniş kartı məlumatlarının ən etibarlı şəkildə qorunduğunu, burada
tətbiq olunan təhlükəsizlik standartlarının Visa, Mastercard,
American Express kimi qlobal ödəniş sistemlərinin tələblərinə tam
uyğunluğunu göstərir.

Qeyd edək ki, ABB-nin mobil bank tətbiqi olan ABB mobile da
Beynəlxalq Standartlaşdırma Təşkilatının (International
Organization for Standardization – ISO) ISO/IEC 27001:2022
sertifikatına malikdir.




Bütün bunlar Bankın müştərilər qarşısındakı məsuliyyətinin və
innovativ yanaşmasının göstəricisidir. Maliyyə xidmətlərinin
etibarlılığı, təhlükəsizliyi ABB üçün ən mühüm
prinsiplərdəndir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/
rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən,
həmçinin sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən əldə
etmək olar.