Azərbaycana turist axını 2 % azalıb

Baş səhifə

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasına dünyanın 189 ölkəsindən 2364,0 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir. Gələnlərin 24,2 faizi Rusiya Federasiyası, 17,6 faizi Türkiyə, 8,1 faizi İran, 6,4 faizi Hindistan, 4,3 faizi Gürcüstan, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Qazaxıstan, 3,5 faizi Pakistan, 2,6 faizi Çin, 2,5 faizi İsrail, 2,4 faizi Özbəkistan, 1,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla Belarus və Böyük Britaniya, 1,0 faizi Küveyt, 12,5 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 66,7 faizini kişilər, 33,3 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,3 dəfə, Tacikistandan – 1,7 dəfə, İordaniyadan – 49,6 faiz, Çindən – 43,1 faiz, Özbəkistandan – 38,6 faiz, Qırğızıstandan – 34,9 faiz, Yaponiyadan – 26,4 faiz, Qazaxıstandan – 20,3 faiz, Pakistandan – 12,5 faiz, İtaliyadan – 11,4 faiz, Almaniyadan – 10,3 faiz artmışdır.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 4,7 faiz artaraq 111,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 2,8 faiz azalaraq 380,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 7,8 faiz azalaraq 804,5 min nəfər olmuş, digər ölkələrdən gələnlərin sayı isə 2,5 faiz artaraq 1067,7 min nəfər təşkil etmişdir.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,7 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.