Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən taksi sürücüsü saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtomobili narkotik
vasitələrin təsiri altında idarə edən N.Mütəllimli saxlanılıb.

Trend xəbər
verir ki, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum
olub.




Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb
və o, inzibati qaydada məsuliyyətə cəlb olunub.