
Bakı. Trend:
Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Trend-in məlumatına görə,
Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq
avtoxuliqanlıq edən “BMW” markalı 10-ZR-886 dövlət qeydiyyat
nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis
əməkdaşları tərəfindən saxlanılıb.
Belə ki, sürücü barəsində protokol tərtib edilərək baxılması
üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə
məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.


