
Ermənistana neft daşıyan yük qatarı Böyük Kəsik stansiyasından yola salınıb.
“Report”un Qərb bürosunun məlumatına görə, 22 vaqona yüklənmiş ümumilikdə 1 220 ton “Aİ-95” markalı avtomobil yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) yük qatarı ilə axşam saatlarında Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasından yola salınıb.
Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Belə ki, 18 dekabr tarixində Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin


