
Almatı. Trend:
Avrasiya İnkişaf Bankı (AAİB) 2026-cı il üçün Özbəkistanda
maliyyələşdirilməsi nəzərdə tutulan üç əsas layihəni
müəyyənləşdirib.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bu barədə AAİB İdarə heyəti sədrinin
müavini Yaroslav Mandron Almatıda 2025-ci ilin yekunlarına dair
mətbuat konfransında bildirib.
O qeyd edib ki, AAİB hazırda Özbəkistanda maliyyələşdirməyə
yüksək hazırlıq mərhələsindədir.
“İlk növbədə bu Almalık Kombinatıdır, orada bizim
investisiyaların həcmi 100–150 milyon dollar təşkil edəcək – bunu
artıq müştəri ilə müzakirə etmişik. Hazırda layihəni tam
maliyyələşdirmək üçün hökumətdən yekun sənəd paketini gözləyirik”,
– sədr müavini bildirib.
Y. Mandronun sözlərinə görə, layihə həmçinin polimer
məhsullarının istehsalı kompleksinin tikintisini əhatə edir. Bank
üçün ayrıca maraq istiqaməti hava limanı infrastrukturlarının
inkişafıdır – xüsusilə Buxara şəhərində hava limanının tikintisi
maraq doğurur.
Xatırladaq ki, AAİB çoxtərəfli inkişaf bankıdır və məqsədi
iştirakçı ölkələrin iqtisadi artımına dəstək vermək, onlar arasında
ticarət-iqtisadi əlaqələri genişləndirmək, eləcə də Avrasiya
məkanında inteqrasiya proseslərini investisiya fəaliyyəti
vasitəsilə inkişaf etdirməkdir. AAİB-in yeddi üzvü var: Ermənistan,
Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və
Özbəkistan.

