
Almatı.Trend:
Avrasiya İnkişaf Bankı (AAİB) Azərbaycanın banka üzvlüyündən
sonra ölkə üzrə makroiqtisadi proqnozların dərcinə başlaya
bilər.
Trend-in xüsusi
müxbiri xəbər verir ki, bunu AAİB-in Analitik İşlər üzrə İdarəsinin
rəhbəri Aleksey Kuznetsov “2026-2028-cı illərin makroiqtisadi
proqnozu” adlı hesabatın təqdimatında deyib.
Onun sözlərinə görə, bank Özbəkistanın daxil edilməsi
makroiqtiasdi proqnozunu iyun ayında genişləndirib. Bu ölkə üçün
bankın bütün üzv ölkələrinin iqtisadiyyatının təhlili və
proqnozlaşdırılması üçün istifadə olunan kompleks əsasında xüsusi
bir model kompleksi hazırlanıb.
“Artıq bizim bütün makroiqtisadi nəşrlərimiz və
monitorinqlərimizdə Özbəkistan da yer alır. Azərbaycan bankın üzvü
olacağı mərhələyə çatdıqda tamamilə analoji prosedurlar həyata
keçiriləcək, Azərbaycan üçün uyğun model alətləri hazırlanacaq və
Azərbaycan müntəzəm makroiqtisadi nəşrlərimizdə yer alacaq,” – deyə
A. Kuznetsov bildirib.

