Paytaxtın bu küçələrində mikromobillik zolağı təşkil edilir (FOTO)

Baş səhifə

Bakı.Trend:

AYNA tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun
inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd
şəbəkəni genişləndirmək, zolaqların davamlılığına nail olmaq və
mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının
təhlükəsizliyini, rahatlığını təmin etməkdir.

Trend xəbər
verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxtın Şıxəli Qurbanov küçəsində
mikromobillik zolağı təşkil edilir. Görülən işlər çərçivəsində
müvafiq nişanlanma işləri həyata keçirilir, yol nişanları
quraşdırılır. Növbəti mərhələdə isə Cəfər Cabbarlı küçəsində bu tip
zolaqlar təşkil ediləcək.




Mikromobillik zolaqlarının davamlılığının təmin edilməsi və
şəhərin mərkəzi küçələrində mövcud olan zolaqlarla
əlaqələndirilməsi nəzərdə tutulur.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artan
marağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsinin mobillik,
nəqliyyat sıxlığının azaldılması, ətraf mühitin qorunması, fiziki
fəallığın artırılması və sağlam həyat tərzi baxımından əhəmiyyətini
nəzərə alaraq, sakinlər üçün şəhər konsepsiyası çərçivəsində AYNA
tərəfindən mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.
Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik
vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə
çevirməkdir