
Bakı.Trend:
AzMİU-da hazırda yüksək səviyyəli, təcrübəli mütəxəssislər və
alimlərdən, eyni zamanda, gənc kadrlardan ibarət 600 nəfər
professor-müəllim heyəti 7 fakültədə mütəxəssis hazırlığını təmin
edirlər.
Trend xəbər
verir ki, bunu bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin
(AzMİU) rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova
universitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə
deyib.
O bildirib ki, tədris 3 dildə azərbaycan, ingilis və rus
dillərində aparılır. 24 ixtisas üzrə bakalavr pilləsində mütəxəssis
hazırlığı həyata keçirilir:
“Magistratura səviyyəsində 53 proqram üzrə hazırlıq aparılır.
Son on ildə universitetin hazırladığı bakalavr ixtisaslarırının
strukturu 25%, magistratura istisas və ixtisaslaşmaların strukturu
60% yenilənib, MBA proqramları açılıb. Bu rəqəmlərin arxasında yeni
təhsil proqramlarının hazırlanmasına, yeni məzmun yaradılmasına
sərf edilmiş gərgin fəaliyyət dayanır”.
Rektor əlavə edib ki, bu illər ərzində universitetin elmi və
pedaqoji potensialının inkişafı sistemli tədbirlərlə
dəstəklənib.
“Differensial əmək haqqı sisteminin tətbiqi professional inkişaf
motivasiyanı artırıb. Bununla yanaşı ingilis dili və İT bilik və
bacarıqlarının artırılması üçün konkret işlər görülüb. 15 ixtisas
üzrə ingilis dilində tədris 100% universitetin müəllimləri
tərəfindən həyata keçirilir”,- deyə o əlavə edib.

