
Qusar rayonunda qadın öldürülüb, keçmiş əri saxlanılıb.
“Report” un Şimal bürosunun məlumatına görə, dekabrın 16-da səhər saatlarında Qusar rayonunun Hil kəndindəki evdə kənd sakini, 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürdüyü müəyyən edilib.
Hadisəni törətməkdə şübhəli bilinən A.Təyibov saxlanılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


